Thursday, May 7, 2009

Sintaktik Əlaqələr (5)

İbrahim Rəfrəf


Bundan öncəki yazılara əsasən, sintaktik əlaqələr, formal şəkilçilərdən asılı deyil, və dilin və təfəkkür prosesinin hansısa ehtiyacına cavab verən nəhvi mekanizmlərdən ibarətdir. Bu baxımdan nəhvi əlaqələr bu şəkildə sıralana bilər:
==
1 – Atributive əlaqə
2 – Qarşılaşma əlaqəsi
3 – Xəbər əlaqəsi
4 – Çağırış əlaqəsi
==
Bunların hər birinin funksiyası adından bəllidir, təkcə qarşılaşma əlaqəsi haqqında bir izahi lazım görürük. Qarşılaşma əlaqəsi iki əşyanın (canlı ya cansız varlıqların) biri-birilə orqanik əlaqədə olduğunu təmsil edər. “Yaşarın atası” misalına fikir verəndə, iki insan, biri ata, biri oğul, gerçək həyatda hansısa münasibət içində olurlar. Həmin münasibətdir ki, öz əksini bu söz birləşməsində tapır. Aydındır ki, ata-oğul münasibətinin bütün yönlərini bir söz birləşməsi ilə ifadə etmək olmaz. Burada iki insandan biri obirinin yiyəsi olaraq çıxış edir. Bunu yiyəlik əlaqəsi adlandırmaqda haqlı olsaq da, bir qədər dözməliyik. “Şəhərin mərkəzi” birləşməsi də eyni quruluşda olduğuna baxmayaraq, onda yiyəlik əlaqəsindən danışmaq düzgün olmaz, çünki şəhər cansız varlıqdır və canzız varlıqlar və heyvanlar heç nəyə yiyə çıxa bilməzlər. Gerçək həyatda hökm sürən mülki münasibət burada bizim adlandırm tərzimizə te'sir göstərir. “Dəniz dalğası” misalında da iki cansız varlığın arasında nisbət əlaqəsi təmsil olunur. Nə yaxşı olar ki, bu türdə olan birləşmələri elə bir adla adlandıraq ki, tüm hallara uyğun gəlsin. Beliliklə bu təklif ortaya çıxır ki, bu növ birləşmələri sadəcə “qarşılaşma əlaqəsi” adı ilə qeydə alaq. Harda yiyəlik mahiyyəti var, harda yoxdur, bu birləşmənin ümumi tə'rifinə daxil deyil.
Bu biçimdə sintaktik birləşmələr indiyədək “te'yini söz birləşmələri” adı ilə təqim olunurdu və üç növdən ibarət idi. Biz hələlik onların növlərini nəzərdə almadan, onları iki maddı varlığın arasında olan orqanik bağlantı adı ilə təqdim edirik. Dünya dilçiliyində bundan “genitiv” əlaqə olaraq ad çəkirlər. Biz isə, dediyimiz kimi, onları “qarşılaşma əlaqəsi” adı ilə qeydə alırıq.
Bir az öncə te'kid etdiyimiz kimi, dilimizdə olan sintaktik əlaqələr bu dörd kateqoriyadan xaric ola bilməz:
==
1 – Atributive əlaqə
2 – Qarşılaşma əlaqəsi
3 – Xəbər əlaqəsi
4 – Çağırış əlaqəsi
==
Gördüyümüz kimi, sintaks ən bəsit halda atributiv əlaqənin təhilini araşdırır (ağ gül). Bu isə insan təfəkkürünün ən təməl ehtiyacına cəvab verən bir dil mekanizmıdır: əşyaları atributları ilə birgə görmək və haqqında danışmaq ehtiyacı. Bu bəsit sintaktik əlaqənin müstəqil tərəfi isim, tabe tərəfi isə sifət ya tə'yindir.
Qeyd etmək lazimdir ki, həm isim, həm də sifət bir az fe'li xüsusiyyət də qazana bilər (fe'li sifət, fe'li isim ya məsdər). Bu proses səbəb olur ki, sintaktik əlaqə özünün bəsit, tam qeyri-predikativ təbiətindən yola düşərək, tam predikativliyə doğru inkişaf etsin. Yə'ni sintaksın genişlənməsi onunla bağlıdır ki, bəsit isimlər ya sifətlər fe'li isim ya fe'li sifətə doğru və hətta cümləyə bənzər fe'li birləşmələrə doğru inkişaf edir. Bu təhlil əsasında belə bir hökm çıxara bilərik ki, sintaktik əlaqələrin ən gənəl sinifləndirməsi iki-boyutlu mahiyyət daşıyır. Bir boyut üzərində nəhvi əlaqələr mahiyyət e'tibari ilə yer alır, ikinci boyut uzərində isə predikativləşmə dərəcəsi təmsil olunur.

bhev48phsnflljbboj07.jpg

Burada müxtəlif sintaktik əlaqələrin getdikcə necə predikativlik xüsusiyyəti qazandığını bu şəkildə göxtərmək olar:
==
Atributiv Əlaqə:
1 - Qeyri-predikativ (Ağ gül)
2 - Az predikativ (Açılmış gül)
3 - Çox predikativ (Hərbi birləşmə)
4 - Daha çox predikativ (Ucalan hönkürtü)
5 - Geniş predikativ (Keçən il universitetdə apardığım araşdırma)
==
Qarşılaşma əlaqəsi:
1 - Qeyri-predikativ
(Günün işığı)
2 - Az predikativ (Gərginləşmələrin səbəbi)
3 - Çox predikativ (Bəhsin yekunlaşdırılması)
4 - Daha çox predikativ
(Sızıntıların dayandırılması)
5 - Geniş predikativ (Füzulinin əsirlər boyu bizə ilham qaynağı olacaq düşüncələri)
==
Həmin xüsusiyyəti xəbər əlaqəsi və çağırış əlaqəsi haqqında da göstərmək mümkündür. Bu hadisə onunla təmsil olunur ki, əlaqənin iki tərəfindən biri vəyaxud da hər iki tərəfi getdikcə fe'li xüsusiyyətlərə malik olur və predikativliyə doğru inkişaf edir. İkinci qrup (qarşılaşma qrupu) gənəlliklə ismi söz birləşmələrindən oluşur, ancaq burada da çox maraqlı hadisə baş verir. Birləşmə ən bəsit halda iki isimdən ibarətdir və tam qeyri-predikativdir (günün işığı), ancaq getdikcə onun tərkib hissələrinin biri ya hər ikisini “fe'li isim” əvəz edir və birləşmə predikativliyə doğru inkişaf edir.

No comments:

 
Site Meter