Tuesday, January 6, 2009

İyid Yüz Yaşar, Fürsət Bir Düşər

Azərbaycan Türkcəsində Bə’zi Atalar Sözü Və Onların İngilizcə Qarşılığı

İbrahim Rəfrəf

Atalar sözu haqqında
Atalar sözü xalqın tarixi bilincindən qaynaqlanan hekmətli söz ifadələridir. Müdrik tarixi şəxsiyyətlarin "aforizm" adı ilə qeydə alınan hekmətli söz ifadələrindən fərqli olaraq, atalar sözünü hər hansı müəllifin adı ilə bağlamaq olmaz. Bunlar itkin söz müəlliflərinin heyat sınağından keçmiş düşüncələri sayılır. Onun üçün tarixilik bunların başlıca xüsusiyyətini təşkil etməkdədir.
Atalar sözünün ifadəsində müəyyən qədər fonetik gözəlliklər və qafiyə yaraşıqları da özünü göstərməkdadir. Bu isə onların yüzillər boyu insan yaddaşında məskən salıb, yaşamağı üçün əlverişli bir vasitə olduğuna sübutdur.
Atalar sözü müəyyan hekmət daşıdığına görə fikir bitkinliyinə malik olmalıdır, və bu baxımdan morfolojik materyal sayılan “deyimlərdən” fərqlənər. Deyimlər hər hansı bitkin fikir ifadə etməz və cümlə daxilində müxtəlif dərəcələrdə qramatik dəyişikliklərə uğrayaraq sintaktik əlaqələrdə iştirak edər. Atalar sözü isə qramatik quruluş baxımından tesbit olunmuş, başqa qramatik dəyişikliklərə yol verməyəcək şəkildə qalibləşmiş söz ifadələridir. Ancaq deyimlər və atalar sözünün arasında bir keçid bolgəsi də görünməkdədir. Misallara fikir verək:

• Yorğanına görə ayağını uzat.
• Yeriməden yügürür.
• Sıçan olmamış dağarcıq dibi dəlir.
• Yağmadan guruldama.
• Verdin doyur, vurdun yıx.
• Beşdə alacağım yox, üçdə verəcəyim.
• Yaş da qurunun oduna yandı.
• Toyuq, dimdiyinə gorə qıqqılda.
• Səksən, doxsan, bir gün yoxsan.
• Hər hekmətə baş uzatma.

Atalar sözü deyimlərə yanaşanda, məhdud şəkildə qramatik dəyişikləri qəbul edə bilir:

• Hər hekməte baş uzatma.
• Adam hər hekmətə baş uzatmaz.
• O hər hekmətə baş uzadır.

Atalar sözünün anlatdığı hekmət həm həqiqi, həm də məcazi mə'nada ola bilir:

• Aralıq sözü ev yıxar.
• İki baş bir qazanda qaynamaz.

Həqiqi mə'na ifadə edən atalar sözü:
• Dinməyənin dinəni var.
• Arvadın şərikli olsun, malın şərikli olmasın.
• Dərdli deyingən olar.
• Qisas qiyamətə qalmaz.
• Ağıl başda olar, yaşda olmaz.

Məcazi mə'na ifadə edən atalar sözü:
- İki baş bir qazanda qaynamaz.
- Böyük ağacın kölgəsi də böyük olar.
- Bu başa bu börk ancaq.
- Biri od olanda, o birisi su olmalıdır.
- Dərə xəlvət tülkü bəy.

Həm həqiqi, həm də məcazi mə'na ifadə edən atalar sözü:
- Danışıq dananı qurda verər.
- Damı böyük olanın qarı da çox olar.
- Çömçənin qədrini aş daşanda bilərlər.
- At təpiyinə at dözər.
- Daş üstə əkin olmaz.

Azərbaycanca- İngiliscə atalar sözü qarşılıqları:

Aşpaz iki olanda şorba şit olar. Too many cooks spoil the broth.
Vaxt sərvətdir. Time is money.
Qonşu toyuğu qaz görünər, özgə divarı düz görünər. Qonşu aşı dadlı olar. The apples on the other side of the wall are sweeter.
Hər ışıldayan qızıl deyil. All that glitters is not gold.
Zahirə inanma. Appearances are deceptive.
Eşşəyə qızıl çatsan, qiyməti artmaz. An ass is but an ass, though laden with gold.
Nə töksən aşına, o gələr qaşığına. As you make your bed, so you must lie in it.
Əkdiyini biçərsən. As you sow, so shall you reap.
Çıraq öz dibinə ışıq verməz. At the foot of the candle it is dark.
Qara xəbər tez gələr. Bad news travels fast.
Qəp mal yiyəsinə qayıdar. A bad penny always comes back.
Bugünkü yumurta sabahkı toyuqdan yaxşıdır. Bugünkü piy sabahkı quyruqdan yaxşıdır. Bugünkü toyuq sabahkı qazdan yaxşıdır. Better an egg today, than a hen tomorrow.
Damı böyük olanın qarı da çox olar. A big head has a big ache.
İyidi sözündən tutarlar. A bird is known by its note, and a man by his talk.
Qaranın üstünə boyaq olmaz. Black will take no other hue.
İlan vurmuş ala çatıdan qorxar. A burnt child dreads fire.
Qoruyan gözə çöp düşər. Care killed a cat.
Dəvə yatar, yuxuda çiyid görər. The cat dreams of mice.
Əvvəlcə məscidin içi, sonra eşiyi. Charity begins at home.
Hesabı pak olanın üzü də ağ olar. A clear conscience fears no accusation.
Çox göylə getməyin təpəsi üstə yerə gəlməyi də var. Hər göyə gedənin üzüqoylu gəlməyi də var. Climb not too high, lest the fall be greater.
Yorğanına görə ayağını uzat. Cut your coat according to your cloth. Stretch your legs according to your coverlet.
Dinsizin öhdəsindən imansız gələr. Diamond cuts diamonds.
Saman çöpünü dirək eləmə. Don't make a mountain out of a mole hill.
Boğulan adam kosa-kola əl atar. A drowning man will cluch at a straw.
Tez tərpənən qız alar, gec tərpənən dul alar. The early bird catches the worm.
Boş çuval ayaq üstə dayanmaz. An empty sack cannot stand upright.
Eşşəyin anqırtısı özünə xoş gələr. Every ass likes to hear himself bray.
Dözən qazanar. Everything comes to him, who waits.
Iyid yüz yaşar, fürsət bir düşər. Opportunity seldom knocks twice. Fortune knocks once at least at every man's gate.
Çağrılan yerə ərinmə, çağrılmayan yerdə görünmə. Go neither to a wedding, nor a christening without invitation.
Ürəkdən ürəya yol olar. Heart speaks to heart.
Ehtiyat iyidin yaraşığıdır. He that fights and runs away may live to fight another day.
İsti istəyən tüstüsünə dözər. He that would have eggs, must endure the cacklings of hens.
Əski hamam, əski tas. It is the same old story in the same old day.
Ağıla gəlməyən başa gələr. It is the unexpected that always happens.
Elm qara daşları dələr. Knowledge is power.
Yerimədən yügürmə. Learn to walk before you run.
Olan olub, keçən keçib. Let bygones be bygones.
Yel ile gələn yel ilə gedər. Lightly come, lightly go. Easy come, easy go.
Dəmir qapının taxta qapıya işi düşər. A lion may come to be beholden to a mouse.
Damla- damla göl olar. Little and often fills the purse.
Aslan qocalanda götünə qarışqa daraşar. Little birds peck at the dead lion.
Bəy verən atın dişinə baxmazlar. Never look a gift horse in the mouth.
İşləməyən dişləməz. No gain without pain.
Bir gül ilə bahar olmaz. One swallow does not make a summer. One flower makes no garland.
Gözdən geden könüldən də gedər. Out of sight, out of mind.
Zədəli alma bir anbarı kifsədər. A rotten apple injures its neighbours.
Görmək hara, eşitmək hara. Bir görmək min eşitməkdən yaxşıdır. Seeing is believing.
Susmaq razılıq əlamətidir. Silence gives consent.
Qızını döyməyən dizinə döyər. Spare the rod, and spoil the child.
Danışmaq gümüşdürsə, susmaq qızıldır. Speech is silver, silence is golden.
Dəmiri isti ikən döyərlər. Strike while the iron is hot.
Od olan yerdən tüstü çıxar. Ocaq yanmasa, tüstü çıxmaz. There is no smoke without fire. Where there is smoke, there is fire.
Tələsənin kündəsi küt gedər. Tələsən yolda qalar. Tələsənin ayağı büdrər. The hasty hand catches frog for fish. Haste makes waste.
Axırda gülən yaxşı gülər. He laughs best, who laughs last.
Qonaq bir olsa, ev yiyəsi öküz kəsər. For a single guest one could kill a cow.
Olacağın qarşısını almaq olmaz. What must be, must be.
Bir ata yeddi oğul bəslər, yeddi oğul bir atanı bəsləməz. One father can support ten children; ten children cannot support one father. One father is enough to govern one hundred sons, but not a hundred sons one father.
Qızıl odda, insan möhnətdə bəlli olar. Fire is the test of gold; adversity of friendship.
Balıq başdan qoxuyar. The fish always stinks from the head downwards.
Suyu bulandırır, balıq tutsun. It is good fishing in troubled waters.
Dəli quyuya bir daş atar, yuz ağıllı çıxara bilməz. A fool may throw a stone into a well, which a hundred wise men cannot pull out.
Ayağın büdrəməsi dilin büdrəməsindən yaxşıdır. Better the foot slip than the tongue.
Qurd dərisini dəyişər, xasiyyətini dəyişməz. The fox may grow grey, but never good.
Hər şeyin təzəsi, dostun köhnəsi. Old friends and old wine and old gold are best.
Əl əli yuyar, əl də dönər üzü yuyar. One hand washes another and both the face.
Cins toyuq bərk yumurtlar. Pis toyuq cis yumurtlar. A black hen lays a white egg.
Eşşayə sədir düyüsü baş ağrısı gətirər. Honey is not for the ass's mouth.
Halva- halva deməklə ağız şirin olmaz. It is not with saying Honey, Honey, that sweetness will come into the mouth.
Yürüyən at özünə qamçı vurdurmaz. A running horse needs no spur.
İşləyən dəmir pas tutmaz. Iron not used soon rusts.

No comments:

 
Site Meter