Wednesday, December 31, 2008

TÜRKCƏNİN ETİMİLOJİ SÖZLÜKLƏRİ


M. Riza HEYƏT

Yazı ilk olaraq Varlıq dərgisində (sayı 128, 25-ci il, yaz 1382) çıxış etmişdir.


Etimoloji, bir kələmənin ya da kələmə ünsürünün kökənini (mənşəyini) araşdıran, onun nə zaman dilə girdiyini və nə kimi dəyişikliklər kəçirdiyini incələyən bilim dalıdır. Etimolojik sözlük isə dildəki bütün sözlərin kökənlərini açıqlar. Başqa bir deyişlə, yaxşı bir etimolojik sözlük, sözlərin quruluşunu (kök və əklərini) çözümləmək-ayırd etmək, onların yazılı bəlgələrdə göründükləri ən əski zamanı və ən əski şəkillərini səpt etmək zorundadır. Ayrıca, dildəki sözlərin eyni dil ailəsinə bağlı olan bütün qohum dillərdəki dənkdaşlarını da verməli və qarşılaşdırma yolu ilə onların ana dildəki ilk şəkillərini yenidən qurmalıdır. Yaxşı bir etimolojik sözlük eyni zamanda başqa dillərdən girmiş alınma sözləri açıqlarkən də bu sözlərin alındıqları dilləri, onların alınma zamanı və şəkillərini, başqa bir deyişlə, dilə girdikləri zamanla (il ya da yüzil olaraq) giriş yollarını (ticarət, siyasi etkilər, din, ədəbiyat vb.) bəlirtməlidir (T. Tekin, 1975-76: 274).
Daha 11. Yüzildə Kaşqarlı Mahmud tərəfindən yazılmış olan və Türkcənin ansiklopedik sözlüyü mahiyətini daşıyan Divni- Luğat-it Türk’ün yazıldığı tarixdən günümüzədək, Türkcənin mükəmməl bir etimoloji sözlüyünün hələ də yazılmamış olması, yazılan sözlüklərin isə ideal bir etimolojik sözlüyün meyarlarına uymaması olduqca üzücü bir hadisədir. Prof. G. Doerfer’ə görə, belə bir etimolojik sözlüyün hazırlanması ancaq qalabalıq bir araşdırmaçı ekibi tərəfindən və də çox uzun bir zaman içində mümkün ola bilər. Bir tək âlimin belə bir şeyi yapması təqribən imkansızdır (G. Doerfer, 1984: 367).
Türkcənin ilk etimolojik sözlüyü 1878’də Macar Tükoloqu Hermann Vambery tərəfindən yazılmışdır. Türk-Tatar Dillərinin Etimoloji Sözlüyü (A török-tatar nyelvek etymologiai szótára: NyK 13:249-483)’nün yazıldığı dönəmdə Türkoloji çox gəlişməmişdi, elə ki hətta əski Türk yazıtları daha tapılmamış, Kaşqarlı Mahmud’un Divani-Luğat-it Türk əsəri də ələ keçməmişdi. Türkcənin tarixî gəlişimi açısından son dərəcə önəmli olan Xələccə və Sarı Uyğurca kimi Türk ləhcələri haqqında çox az bilgi vardı. Bugün Vámbery’nin sözlüyünün artıq tarixî dəyəri vardır.
Türk ləhcələri üzərinə yazılmış ikinci sözlük Bedros Keresteciyan’ın Materiaux pour un dictionnaire etymologique de la langue turque adlı əsəridir. Bu əsərdə daha çox Türkcədəki yabançı kələmələr özəlliklə də Yunanca və Ermənicə ünsürlər ələ alınmış və bə’zi Türkcə kələmələrin Yunanca ya da Ermənicə kökənli olduğu isbatlanmağa çalışılmışdır (M. Ölmez, 1998: 176). Bu çalışma M. Fuat Köprülü’nün 1925’də Türkiyat Məcmuəsi’nin 1-ci cildində belə dəyərləndirilmişdir:
“... Lâkin nə kadar təəssüfə şayandır ki, uzun sənələr sarf ettirən bu məsaî, ilim için əhəmiyətsiz nəticələr vermiş, usul dairəsində yapılmayan tətkikatın-hatta asırlarca dəvam etsə-ilmin tərakkisinə hizmət edəməyəcəğini bir dəfa daha meydana koymuştur.” (H. Eren, 1999: XI).
Türk dilinin etimolojisi üzərinə indiyə qədər yazılmış olan ən önəmli sözlüklərdən biri, Martti Räsänen’in Versuch eines etymologischən Wörterbuchs der Türksprachən (Türk Dillərinin Etimoloji Sözlüyü Üzərinə Bir Sınama) adlı çalışmasıdır. Räsänen bu əsərində varsa hər kələmənin ən əski biçimi (əski Türkcə, orta Türkcə vs.) ya da günümüzdəki biçimi (Azərbəycan Türkcəsi, Kumukca vs.) maddəbaşı yapılmış, kələmənin yaşadığı dillər, fərqli anlamları varsa bunlarla birlikdə tək-tək göstərilmişdir (M. Ölmez, 1998: 177). Räsänen’in bu sözlüyü G. Doerfer tərəfindən də dəyərləndirilmişdir. G. Doerfer, sözlüyün hazırlanmasına düzəltmələriylə qatqıda bulunduğuna
baxmayaraq, ayrıca üzərində durulmaya dəyər bə’zi müşahidə və təkliflərlə dolu dəyərləndirməsində “Türkcənin İdeal Bir Etimolojik Sözlüyünün Necə Olması Gərəkdiyi Haqqında Düşüncələr”ini də açıqlamışdır. Doerfer, Türkcənin ideal bir etimolojik sözlüyünün yazılmasında gərəkən xususları açıqlarkən, Ana Türkcə şəklin rekonstrüksiyonunun yapılması üçün iki metod təklif etmişdir. İlk metoda görə, maddəbaşı olaraq ana şəkil seçiləcək və muxtəlif dillərdəki tək-tək şəkillər alfabetik sırayla bu maddəbaşı içində sıralanacaqdır. Fəqət bu durumda oxucunun axtardığı kələməni tapması, məsələn yedi “7” kələməsini Ana Türkcə dêtē şəkli altında tapması son dərəcə zor olardı. Daha pratik olduğunu düşünən ikinci metodda Türkcə tək-tək şəkillər kronolojik sırayla verilir və sonunda da rekonstrüksiyonu qurulmuş Ana Türkcə şəkli əlavə edilir. Doerfer’ə görə, bir tərəfdən bir Ana Türkcə maddəbaşına görə bir sıralama, digər tərəfdən də Türkcə yedi, Çuvaşça siççě vb. kimi şəkillərin tək-tək alfabetik yerlərində yer almaları və bunların hamısında Ana Türkcə dêtē’yə göndərmə yapılması ideal bir şey olardı ki, bu da sözlüyün çox həcimli olmasına səbəb olar. G. Doerfer, Ana Türkcənin rekonstrüksiyonunda Çuvaşca və Xələccə’nin son dərəcə önəmli olduğunu söyləməkdədir. Ona görə, Lambdaizm-Rotasizm (l’ləşmə-r’ləşmə) problemi çözülməz bir problemdir. Fəqət yapılması gərəkən şey sadəcə fonemlərin rekonstrüksiyonudur. Çuvaşca’nın Ana Türkcədəki –m: -n: -mA’nın rekonstrüksionu üçün son dərəcə önəmli olduğunu söyləyən Doerfer, bu ünsürlərdən –m:’nin Gənəl Türkcədə –n, Çuvaşca ilə Macar və Moğol dillərindəki əski tarixli alınma kələmələrdə –m, ikincisinin hər yerdə –n, sonuncusunun da Ortaq Türkcə və Çuvaşcada –m, Moğolcada isə –mA olduğunu söyləyir. Ayrıca Ana Türkcənin rekonstrüksiyonu üçün –iâ- kimi diftonqların da önəmli olduğu və *ə və *ë səsləri üçün Çuvaşca’ya ehtiyac duyulduğu söylənməkdədir. Ana Türkcə *-ē, -ē səslərinin rekonstrüksiyonunda, Ana Türkcə h-<-p’nin qorunmuş olmasında, bizi bə’zi yanlışlıqlardan qorumasında (Räsänen’in eki “2” kələməsiylə Korecə pegim “ən yaxındaki, sıradaki, ikinci” kələməsini eyni kökdən izah ətməsi kimi. Fəqət Xələccə äkki) və Ana Türkcədəki necəliyin (quantitat) qorunmuş olmasında (məsələn qısa və normal a; bəsit uzun ā; dəyişkən uzun â) Xələccə’nin önəmi vurğulanmışdır. Ana Türkcə şəkillərin ortaya qoyulmasında Türkcə, Çuvaşca və Xələccə ilə yanaşı Moğolca, Tunquzca, Türkmən Türkcəsi və Yakutca’nın çox önəmli olduğunu söyləyən Doerfer, tarixî çalışmanı asanlaşdırmaq üçün qaynaqların kronolojik olaraq zikr edilməsini uyğun görür. Ona görə, Əski Türkcə şəkilləri günümüzə gətirən Rus kroniklərinin və səyyahların verdiyi dil örnəkləri də ehmal edilməməlidir. Ayrıca Ərəb əlifbası dışındaki əlifbalarla yazılmış mətinlərə daha çox muraciət edilməli, Türkcədəki alınma kələmələrin hamısının haradan gəldikləri və haralara getdikləri göstərilməlidir. Kələmənin kəçdiyi ən əski qaynaqların zikr edilməsi, kələmələrin mənalandırılmasında kəskinliyin şərt olması, Türkcə sözlüklərin hamısının zikr edilməsi, əklər dizininin (fehrestinin) verilməsi, kələmə sınıfları ayırd edilərək ən azından fə’l köklərinin bir "–" işarətiylə bəlirtilməsi, tərcümələrin bir dildə dəyil, Alman, İngiliz, Fransız, Rus və Türk dillərində olması və bütün Türk dilləri üçün ortaq bir transkripsiyon işlədilməsi ideal Türkcə etimilojik sözlük üçün Doerfer’in təklif etdiyi maddələr içində yer alır.(G. Doerfer, 1984: 365-374). Gerard Clauson’un 10.000 maddədən ibarət An Etymological Dictionary of Pre-Thirteenth-Century Turkish (13. yüzil Öncəsi Türk Dilinin Etimoloji Sözlüyü) əsəri bu xususda yazılmış olan digər qiymətli əsərlərdən biridir. Sözlükdə öncə səslilərə, sonra da səssizlərə yer verilmiş, kələmələr də həca düzəniylə sıralanmışdır. Hər kələmə qarşılaşıldığı ən əski kitabəyə, mətnə görə maddəbaşı yapılmış, onların gərçək və bə’zən də məcazî anlamları verilmiş, çağdaş Türk ləhçələrinin hankısında yaşamaqda olduğu bəlirtilmişdir. T. Tekin (1975-76: 275) sözlüyün başlıca qusurlarını belə açıqlayır: 1) Sözlük alfabetik deyildir. 2) Sözlükdə bir kökdən çıxmış törəmə gövdələr, gərçək etimoloji sözlüklərindən fərqli olaraq ayrı maddələr halında verilmişdir (Məsələn, ekki “2” maddəsində toplanmış olması gərəkən ekkinç “ikinci”, ekinti (eyni mə'nada), ekkiz “ikiz” və ikirçqü “ikircim, şübhə” kimi sözlər ayrı-ayrı yerlərdə bulunmaqda və açıqlanmaqdadır). 3) Ehtiva etdiyi sözlərin daha əski şəkillərini verməkdə yetərsizdir (məsələn öl “nəmli, rutubətli” kələməsi açıqlanırkən daha əski şəkilləri olan Az. höl ilə Trkm. hö:l / ö:l (z~y gəlişməsinin yanlış olaraq z>d>y şəklində açıqlanması (s. 33) müəllifin yanlış yorumlamalarına səbəb olmuşdur. Məsələn, azaq>adak>ayaq ‘ayaq’, zol>yol ‘yol’ (s. 33). Müəllifin Clauson’un sözlüyündən yararlanmasına rəğmən bu şəkildə açıqlamalarda bulunması hər halda diqqətsizlik ya da tələsmə sonucu olaraq ortaya çıxmış olmalıdır. 3) kələmə başı -h səsinin yanlış olaraq ikincil olduğunu göstərməsi və bu barədə heç bir açıqlamada bulunmaması bu əsərin digər qusurlarındandır: ürk->hürk- ‘ürkmək’, ayva>hayva ‘ayva’, amul>hämil ‘sâkin’(s. 757), aça>haça ‘ikiyə açılmış olan’(s.758). Burada müəllifin diqqətini çəkməsə də, Azərbaycan Türkcəsi pöşlə- ‘suda qaynatmaq’ və Türkiyə Türkcəsi haşla- ‘qaynar suya daldırmaq’ örnəklərində bir p->h- gəlişməsi və Az. püflə- ‘üfləmək’ və T.T. üflə- (eyni mə'nada). örnəyində də p->h->Æ gəlişməsi düşünülə bilir. 4) Sözlükdə maddəbaşı kələmələr yeni şəkliylə verilmiş, varsa əski şəkillər də mətində göstərilmişdir. 5) Kələmənin əski şəkli göstərilirkən, hər yerdə hətta Orta Türkcə olsa belə “Əski Türkcə” dəyə tanımlanır. 6) Sözlükdə çağdaş ləhcələrdən sadəcə T.Türkcəsindən örnəklər verilmiş, Türkcə etimolojik sözlük üçün son dərəcə önəmli olan Xələccə və Çuvaşca örnəklərə yer verilməmişdir. 7) Sözlükdə Azərbaycan Türkcəsində əski şəkli ilə hələ də işlənməkdə olan adax ‘uşağın ilk addımları’ və höl ‘nəmli’ kələmələrinə rastlanmamaqdadır. 8) atlamak başlığı altında verilən addım ‘addım’ (s. 55) kələməsinin yanlış olaraq atlım>addım şəklində açıqlanması müəllifin ən böyük xətalarındandır. Halbuki önsəs /a/’nın uzun olması səbəbiylə onu izləyən /t/ fonəmi /d/’yə dönüşmüşdür. Az.’də /d/ səsinin ikizləşməsi ikincil (sânəvi)dir və önsəs /a/’nın uzunluğu ilə ilgilidir (T. Tekin, 1975-76: 282). Bu kələmənin belə açıqlanması gərəkirdi: a:t- ‘addım atmaq’>a:tım>a:dım>adım~addım. 9) Kələmələrin ilk dəfə nə zaman və harada işləndiyi, hansı çağdaş Türk ləhcələrində yaşadığı, nə kimi dəyişikliklər keçirdiyi haqqında heç bir bilgi verilməməkdədir.
Anılan sözlüyün sonunda Türkcədən Farsça’ya keçmiş olan kələmələr dizini (təqribən 500 kələmə) yer almaqdadır. Doerfer’in Türkische und Mongolische Elemente in Neupersischen əsərinin bu haqda müəllifə yararlı bir qaynaq olacağından əminəm.
Doerfer’in də söylədiyi kimi Türkcənin etimolojik sözlüyü bir nəfər tərəfindən dəyil, mütəxəssislərdən oluşan geniş bir çalışma qrupu tərəfindən və uzun araşdırmalar sonucu olaraq hazırlana biləcəkdir.

Qaynaqlar:
Türkcə Sözlük (I-II), TDK, Ankara (1998).
ALTAYLI Seyfəttin, (1994). Azərbaycan Türkcəsi Sözlüğü (I-II), MEB, İstanbul.
ATALAY, Besim, (1991). Divani- Lûğat-it Türk Dizini, TDK, Ankara.
BAŞKAN, Ö., (1978). Dil Çalışmalarında Etimoloji, Türk Dili (319), Ankara.
CAFEROĞLU A. (1957). Etimolojik Araştırma Denemeleri, TDAY-B, s.1-11.
CLAUSON Sir G., (1972). An Etimological Dictionary of Pre- 13th Century Turkish, Oxford.
DOERFER, G., Çev. İlhan Çənəli (1984). Türkcənin İdeal Bir Etimolojik Sözlüğünün Nasıl Olması Gərəktiği Hakkında Düşüncələr, Türk Dili, 385-396, s. 365-374.
EMRE, A.C., (1931). Türkcənin Etimolojisi için Metot Araştırmaları, TD, Ankara.
EMRE, A.C., (1939). Etimolojik Lügatimizə Hazırlık Etütləri, TD, Ankara.
EREN Hasan, (1958). Türkcə Gök Kəliməsinin Türəvləri, Jean Deny Armağanı’ndan ayrıbasım, TTK, Ankara.
EREN Hasan, (1978-79). Türk Dilinin Etimolojik Sözlüğünə Katkılar, TDAY.
EREN Hasan, (1999). Türk Dilinin Etimolojik Sözlüğü, Ankara.
EYUBOĞLU, İ.Z., (1988). Türkcənin Etimolojik Sözlüğü, Sosyal Yay., İstanbul.
HADİ, İsmail, (2000). Fərhange- Torkiye- Novin, Ahrar Yay., Təbriz.
ÖLMEZ M. (1998). Dosya: Tarîhî Türk Dillərinin Sözlükləri, Kebikeç (6), Ankara.
ÖLMEZ M. (1998). Etimoloji Sözlükləri, Kebikeç (6), Ankara.
ÖLMEZ, M. (1994). “Türk Dillərinin Sözlükləri və Türk Sözlükçülüğü”,Uygulamalı Dilbilim Açısından Türkcənin Görünümü, Dil Dərnəği Yay., Ankara.
RÄSÄNEN, A.M.O., (1969). Versuch Eines Etimologischen Wörterbuchs der Türksprachen, Helsinki.
SEVORTYAN, E.V., (1979-80). Etimologiçeskiy Slovar Tyurskix Yazıkov (I-III), Moskva.
TEKİN, T. (1975-1976). Etimologiçeskiy slovar’ tyurskix yazıkov’un Tanıtımı,TDAY-B, s.274-285.
VAMBERİ; A. (1878). Etymologisches Wörterbuch der Turko-Tatarischen Sprachen, Leipzig.
YAKIN Aziz, (1997). Etimoloji Sözlükləri, Türk Dili (541) s. 140-150.

1 comment:

İbrahim Rəfrəf said...

Further etymological resources available.

 
Site Meter